Yol polisini küçədə təhqir edən sürücü HƏBS EDİLDİ

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sürücü Binəqədi rayonu ərazisində saxlanılaraq polisə gətirilib.

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılır. Bu barədə Avtosfer.az-a BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan polis zabitinin sürücüyə qayda pozuntusuna görə protokol tərtib etməsi prosesində polisin sürücü tərəfindən təhqir olunması barədə video yayılıb.

Share: