Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi rayonların avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 5-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Share: