“Yolumu kəsmə, silah yığım, güclənim, sonra danışarıq” – Erməni məntiqi

Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səsi artıq dünyanın ölkəmizlə yaxından maraqlanan hər yerindən gəlir. Hərə bir söz deyir, uzaq gedən nəticələr çıxaranlar, mürəkkəb kombinasiyalar düşünənlər var.

 

Əsas məsələ isə budur: aksiya Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin qeyri-qanuni istismarına, eləcə də ekoloji vəziyyətin pisləşməsi ilə bağlı monitorinq keçirən dövlət qurumlarımızın nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsinə qarşı yönəlib.

 

Bunlar xırda məsələlər deyi. O deməkdir ki, Qarabaöda yaşayan ermənilər və onların havadarları hətta 44 günlük müharibədən sonra da hesab edirlər ki, Qarabağın dağlıq hissəsinin Azərbaycana dəxli yoxdur və onlar bu ərazilərin sərvətlərini istədikləri kimi talaya bilərlər. Bu, Azərbaycanın sərvətlərinin qonşu dövlət tərəfindən mənimsənilməsi deməkdir.

 

d62f7767-7ed3-46dc-b5f7-bf8f7cbf9edf.jpg (327 KB)

 

34 ildir davam edən bu qovğa-mərəkə isə məhz ona görəydi ki, başqa bir dövlət Azərbaycanın ərazisini qopara və onun sərvətlərini yağmalaya bilməsin. İndi bölgədə güc nisbəti dəyişdikdikdən, haqlı olan güclünün ortaya iradə qoymasından, həm haqsız, həm gücsüz tərəfin öz çanağına yığışmasından sonra da ermənilərin özlərini “dəvədən yıxılan, amma “höt-höt” deməkdə davam edən bədəvi” kimi aparması absurddur.

Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyasının tələbləri məhz həmin ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılmasıdır. Bundan ötrü işçi qrup yaradılıb və bu qrup vəzifələrindən ibarət olan işləri görməyə mükəlləfdir. Ermənilər və sülhməramlılar isə buna mane olmaq, Azərbaycan qanunlarına tabe olmamaq niyyətindədirlər.

 

4335f42c-bbf5-4ec5-abe3-570df2a489fd.jpg (194 KB)

 

Əslində onlar bilməliydilər ki, 2020-ci ilin 10 noyabrından sonra acı məğlubiyyət faktı qarşıısndadırlar və bu məğlubiyyət təkcə işğalçıların Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxmalarını nəzərdə tutmurdu, eləcə də Qarabağı dağlıq hissəsi üzərində Azərbaycanın yurisdiksiyasının bərpasını nəzərdə tuturdu.

 

Ermənilərdə isə o gündən bu günə belə bir qənaət yaranıb ki, işğal etdikləri torpaqları əldən versələr də, hər halda Xankındi və onun ətrafındakı yaşayış məntəqələrini saxlayıblar və bu, onara bəsdir. “Eybi yoxdur, indi “artsax” xeyli balacadır, amma yenə bizimdir, müstəqildir” – dünənə qədər ermənilərdə əsas düşüncə bu idi. Ekofəalların aksiyası isə göstərir ki, bu düşüncə yanlışdır. Bu mahal Azərbaycanın ərazisidir və başqa dövlətlər onun təbii sərvətlri üzərində iqtisadiyyat qura bilməzlər.

 

5ea256f0-bc65-4699-915a-7d6ccb05c8b2.jpg (316 KB)

 

Bu baxımdan cari il dekabrın 3-dən etibarən Azərbaycanın İiqtisadi sferaya aid nazirliklərinin mütəxəssisləri ilə Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərimizndə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə apardıqları danışıqlar həm də həmin ərazidə Azərbaycanın yurisdiksiyasının bərpasını nəzərdə tuturdu. Ermənilər və sülhməramlılar buna mane olaraq, 1988-ci ildə Azərbaycana qarşı qaldırılan qiyamın davam etdiyini göstərmiş olublar.

 

33-34 il öncə olduğu kimi, bu fakt da Azərbaycan vətəndaş cəmiyyətində etiraz doğurmalıydı və QHT nümayəndələrinin, ekologiya fəallarının aksiyası məhz həmin zəmindədir.

 

İndi rəsmi İrəvan Laçın yolunun bağlanması üzündən bölgədə humanitar fəlakət yaşandığını iddia edir, bunu Qarabağda həyata keçirilən etnik təmizlənmə siyasəti kimi qələmə verirlər, amma bu, iddialar həqiqətə uyğun deyil. Böhran yaşamaq istəməyənlər vətəndaşı olduqları dövlətə problem yaratmamalıdır, onun qanunlarına tabe olmalıdırlar. Başqa hansı ölkədə belə bir durum var: “Mən sənə tabe olmuram, sənə düşmənəm, müharibəyə hazırlaşıram, amma sən mənim yolumu kəsmə, qazımı, işığımı, suyumu ver, qoy güclənim, sonra bir də müharibə edərik, danışarıq” – ermənilərin məntiqi təxminən bu cürdür. Buna müasir dünyada hansı dövlət təhəmmül edər?

 

66653.JPG (64 KB)

 

Hələ buraya ermənilər tərəfindən yaradılan digər təhdidləri də əlavə etmək olar. Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə edilməsi çoxdan bəlli faktdır. Ərazilərimizə döşənən minaları, cürbəcür silah-sursatları o yollarla daşıyırlar. Moskvadan atıla-atıla Xankəndiyə gələn və orada həm siyasi post alan, həm də biznes strukturları quran iş adamı Ruben Vardanyanın hərəkətləri hər baxımdan Azərbaycanın qanunlarına ziddir. Adam həm separatçıdır, həm də talançı.

 

Ermənistan hökumətinin Azərbaycanın hüdudlarında baş verən hadisələrə dair sərgilədiyi mövqe də göstərir ki, bu dövlətin ölkəmizə qarşı ərazi iddiaları hələ də davam edir və o süılhə gəlmək, Qarabağın dağlıq hissəsni Azərbaycan ərazisi kimi tanımaq fikrindən uzaqdır.

 

Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıq olması, eləcə də digər detallar ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə etiraf olunub. Ancaq bir çox dövlətlər hələ də Azərbaycana vurulmuş 100 milyard dollara yaxın zərərə görə hansı dövlətin məsuliyyət daşıdığını göstərməkdən yayınırlar. Ortada bu qədər böyük cinayət var, hamı onu görür, “bəs cinayətkar kimdir” sualının cavabı isə verilmir.

 

ea673e19-a414-4e58-9512-78fde41ea2e1.jpg (197 KB)

 

Yaranmış situasiyadan çıxış yolu Azərbaycan tərəfinin ərazilərimizdə yaşayan bütün erməni sakinlərinin humanitar ehtiyaclarını qarşılamasıdır və bundan ötrü qarşı tərəf yola, sülhə gəlməlidir. Rus sülhməramlarının nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır və onların böyük hissəsi hərbi qulluqçulardır. Onlar Azərbaycanın qanunlarını tanısalar, vəziyyətdən çıxarlar. Amma həm içində yaşadığı dövləti tanımamaq, ona müharibə elan etmək, həm də ondan yol, qaz, təhlükəsizlik tələb etmək cəfəng ideyadır. /Musavat.com/

 

Mənbə

Share: