Yoluxmaya görə bu qəsəbəyə giriş-çıxış bağlandı

Göyçay rayonunun Qaraməryəm kəndində “Kompleks” adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Milletinsesi.az  Bakı.vs-ə istinadən xəbər verir ki, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.

Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.

Share: