“Yota” qasırğası səbəbindən 75 mindən çox Kolumbiya sakini işıqsız qalıb

“Yota” qasırğası səbəbindən 75 mindən çox Kolumbiya sakini işıqsız qalıb

Kolumbiyanın San Andres və Providensiya departamentinin 75 mindən çox sakini beşinci kateqoriya “Yota” qasırğası səbəbindən elektrik enerjisiz qalıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu baredə regionun qubernatoru Evert Hokins öz “Twitter” səhifəsində bildirib.

Qubernator yazib: “Arxipelaqda elektrik enerjisi yoxdur”.

O əlavə edib ki, Providensiya bələdiyyəsi ilə əlaqə kəsilib: “Mobil və peyk telefonları işləmir”.

Share: