“YouTube” yeni qadağa tətbiq etdi

“YouTube” videohostinqi öz meydançasında şovinist xarakterli materiallarla mübarizəni gücləndirdiyini elan edib.

Milletinsesi.az Oxu.Az-a istinadən xəbər verir ki, əsasən, bu barədə servisin bloqunda məlumat yerləşdirilib.

“YouTube” qeyd edir ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü göstərən roliklər üçün sərt tələblər yeridib. Nəticədə bu cür videoların izləmə sayı ortalama olaraq 80% azalıb.

“Bu gün biz yaş, cins, irq, kasta, din, seksual orientasiya, yaxud veteran statusuna əsaslanaraq hər hansı bir qrupun üstünlüyünü nəzərdə tutan videolara qadağa qoymaqla yeni addım atırıq”, – deyə şirkətdə bildirilib.

Share: