İtaliyanın Bolonya Universitetinin alimləri eramızdan əvvəl 722-705-ci illərdə Assuriyaya rəhbərlik etmiş II Sarqona həsr olunan mətnin açmasını tapmağı bacarıblar.
Dövrümüzə pis vəziyyətdə gəlib çatan yazı eramızdan əvvəl 713-cü ilə aid edilir və orada Karkemiş şəhərinin işğalı əksini tapıb. II Sarqon bu şəhəri Assuriyanın paytaxtı etməyi planlaşdırırmış.
Mətn 2015-ci ildə arxeoloji ekspedisiyanın sayəsində Karkemiş şəhərinin qalıqları arasında üç gil silindrin fraqmentləri üzərində tapılmışdı. Bu şəhər Suriya-Türkiyə sərhədində, Fərat çayının sahilində yerləşirmiş.
Tədqiqatçılar akkad dilində yazılmış 38 yarımçıq mətnin açmasını üzə çıxarıb. Burada Het dövlətinin başçısı Perisinin xəyanətkarlığı nəticəsində II Sarqonun Karkemişi ələ keçirməsi yazılıb. Onda Assuriya kralı işğal etdiyi şəhər-dövlətin başçısını qovub, qoşunun nəzərəçarpan hissəsini öz ordusuna qatmışdı.
Mətn deməyə əsas verir ki, II Sarqon Karkemişi Assuriyanın paytaxtı etmək istəyirmiş. Bu şəhərdə xeyli bağ salınıb, quruculuq işləri görülüb. Amma Tabala yürüş zamanı II Sarqonun vəfat etməsi işi yarımçıq qoyub. Assuriyaya ondan sonra rəhbərlik edənlər şəhərlə lazımınca maraqlanmayıb. Beləcə, eramızdan əvvəl VII əsrdə Karkemiş tarixin yaddaşına qovuşub./Bizimyol.info