Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələdə zərərçəkənlərə yardım və zəlzələnin fəsadlarının aradan qaldırılması işləri üçün Azərbaycanın “Bir millət, iki dövlət” prinsipindən çıxış edən rəsmi qurumları qardaş Türkiyəyə dəstək nümayiş etdirirlər.
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı və onun rezidentləri “Ziraat Bank”da təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəsmi fonduna ianə ediblər.
Bundan başqa, zərər görmüş əraziyə ərzaq yardımı, Ağ Naftalan yağı, şəxsi gigiyenik vasitələr və dərman preparatları və s. kimi ləvazimatlar da göndərilib.
Hadisə nəticəsində doğma və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa və səbir diləyirik. Qardaş xalqın kədəri, bizim kədərimizdir. Başın sağ olsun, Türkiyə!