
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə Baş Qərargah binasına hava hücumu təşkil edib.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.
Bildirilib ki, Suriyanın üç yüksək rütbəli məmuruna sui-qəsd cəhdi edilib.
Onların arasında müdafiə naziri Murhaf Əbu Kasranın da olduğu iddia edilir.
Dəməşqdə əsgərlər mülki şəxslərə xəbərdarlıq edərək Əməvi meydanını boşaldıblar.
Roza