2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.
Modern.az xəbər verir ki, müsabiqəyə qeydiyyat tarixi və qeydiyyat prosesi yaxın zamanda ictimaiyyətə açıqlanacaq. Bu, sayca 3-cü müsabiqə olacaq.
Qeyd edək ki, 2019-2021-ci illərdə keçirilmiş ilk müsabiqədə 27, 2022-ci ildə keçirilən ikinci müsabiqədə isə 22 nəfər qalib olub. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.