Yunanıstan Türkiyə ilə sərhədi bağladı

Yunanıstan hökuməti yeni tip koronavirus (Covid-19) pandemiyasının yayılmasının qarşısı almaq üçün Türkiyə ilə sərhədi bağladı.

Milletinsesi.az xəbər verir ki, artıq bu gündən etibarən Yunanıstan Türkiyə ilə quru, hava və dəniz sərhədlərini aprelin 15-nə qədər bağlayıb.

Bildirilir ki, yük maşını və TIR-ların keçməsinə isə icazə veriləcək. Bundan başqa, rəsmi Afina bu gecədən etibarən Türkiyə və İngiltərədən gələn bütün uçuşları dayandıracaq.

Qeyd edək ki, Yunanıstanda pandemiyadan son 24 saatda 2 nəfər ölüb. Bununla, ölkə üzrə ölənlərin sayı 15-ə çatıb, 624 nəfər isə virusun daşıyıcısıdır.

 

Share: