Yunanıstanın Krit adasında 6 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az xəbər evrir ki, bu barədə Avropa Aralıq dənizi İnstitutu məlumat yayıb.
Yeraltı təkanların episentri Kritdən 35 kilometr aralıda, yerin 65 km dərinliyində qeydə alınıb.
Zəlzələ Yunanıstanın müxtəlif rayonlarında, o cümlədən paytaxt Afinada da hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, dünən Albaniyada 6.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 23 nəfər ölüb, 600-dən çox insan yaralanıb. Dünən Bosniya və Hersoqovinada da yeraltı təkanlar qeydə alınıb. Paytaxt Sarayevonun 75 km cənubunda baş verən zəlzələ nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.