Yunanıstanda 5,2 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Patrı şəhərindən 49 kilometr şimal-qərbdə, 5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.