Qanunsuz yollarla Yunanıstandan Türkiyə ərazilərinə daxil olmağa cəhd göstərən 16 sərhəd pozucusu saxlanılıb.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Yunanıstanla həmsərhəd olan Edirne şəhərində baş verib. Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılanlardan ikisi FETÖ terror təşkilatının üzvü olub.
Saxlanılanlarla bağlı hüquqi prosedurların və araşdırmaların davam etdirildiyi qeyd olunub.