Yunanıstanın xarici işlər naziri Türkiyədədir

Yunanıstanın xarici işlər naziri Türkiyədədir

“Yunanıstanın Türkiyəyə dəstəyi təkcə zəlzələ ilə bağlı yardımlardan ibarət olmayacaq”.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Dendias söyləyib.

 

O, həmkarı Mövlud Çavuşoğlu ilə birgə zəlzələ bölgəsinə baş çəkib.

 

“Türkiyə ilə münasibətlərin normallaşması üçün növbəti zəlzələni gözləməməliyik”, – deyə o nazir əlavə edib.

 

***

12:14

 

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfər edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, zəlzələ bölgəsinə baş çəkəcək.

 

Həmçinin nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və Yunanıstan xilasedici qrupunun gördüyü işlərlə tanış olacaq.

 

Qeyd edək ki, bu, 2022-ci ilin mayından sonra Yunanıstan XİN başçısının Türkiyəyə ilk səfəridir.

 

Mənbə

Share: