Yunanıstanlı idmançı Bakıdakı dünya çempionatında qızıl medal qazandı

Yunanıstanlı idmançı Bakıdakı dünya çempionatında qızıl medal qazandı

Bu gün kişilər arasında stend atıcılığının dairəvi növündə atəş açma yarışları keçirilib.

Yunanıstanlı Eftimios Mitas 56 dəqiq atışla qızıl medala sahib olub. Yunan rəqibindən dəqiqlikdə az fərqlə geridə qalan (55 dəqiq atış) Finlandiya atleti Eetu Kallioinen gümüş medal qazanıb. Atış zamanı 46 dəfə dəqiqlik göstərən Azmi Mehelba bürünc medala yiyələnib.

Komanda yarışında isə ABŞ birinci, Yunanıstan ikinci, İtaliya üçüncü olub.

Əldə olunan nəticələrə əsasən, Eftimios Mitas (Yunanıstan), Eetu Kollioinen (Finlandiya), Yesper Hansen (Danimarka) və Erik Vatindal (Norveç) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

 

Mənbə

Share: