Yunanlar dünyada mobil internet xidməti üçün ən çox vəsait ödəyənlərin sırasındadırlar

Böyük Britaniyanın “Cable” şirkətinin 230 ölkədə apardığı sorğuya əsasən, yunanlar 1 giqabayt internet məlumatını mobil cihazlarında əldə etmək üçün verilən məbləğə görə dünyada 7-ci yeri tuturlar.

AZƏRTAC xəbər verir ki, Yunanıstanda 1 giqabayt internetin qiyməti 28,93 avro təşkil edir. Dünya üzrə isə orta göstərici 7,5 avrodur.

Dünyada bu xidmətə görə ən çox vəsait tutulan ölkə isə Zimbabvedir. Burada 1 giqabayt internetin qiyməti 66 avrodur. Bu xidməti ən ucuz isə Hindistanda əldə etmək olar. Burada 1 giqabayt həcmdə internetin qiyməti 0,22 avrodur.

Share: