Yunanıstanın Volos şəhərində davam edən meşə yanğınları nəticəsində hərbi hava bazasının yaxınlığındakı sursat anbarında partlayış baş verib.
Millətin Səsi.az xəbər verir ki, yanğına görə daha əvvəl ərazinin boşaldığı üçün partlayışın təsirindən ətrafdakı evlərin şüşələri qırılıb, ölən və yaralanan olmayıb.
Qeyd edək ki, Yanğınsöndürmə idarəsi partlayışdan sonra ehtiyat tədbiri olaraq yaxınlıqdakı kəndlərin də boşaldacaqlarını bildirib.