Yunun müalicəvi xüsusiyyətləri

Yun qədim zamanlardan həm məişətdə, həm də təbabətdə çox geniş istifadə olunur.

Qədimdə ağır xəstələri qoyun və s. heyvanların dərilərinə bürüyüb sağaldırdılar. Yun bədəni isindirir, damarları genişləndirir, qan dövranını yaxşılaşdırır ki, bu da sağalmanı tezləşdirir.

Vaxtından tez doğulmuş, zəif uşaqları da qədimdə heyvanların yununa bürüyüb bəsləyirdilər.

Yunun bir çox faydalı və müalicəvi xüsusiyyətləri var:

– Yun ekoloji təmiz materialdır, insan sağlamlığına yalnız müsbət təsir edir.

– Yun yüksək hiqroskopik xüsusiyyətlərə malikdir. Yun təri asanlıqla hopdurur və bədən quru qalır. Bu səbəbdən yun yorğan-döşəkdə yatan insan tərləmir, onun bədəni “nəfəs alır”.

Əksinə isə müasir materiallardan (sintepon və s.) hazırlanmış yorğanlar insanı tərlədir, “parnik effekti” yaradır. Bu xüsusilə uşaqlar üçün ziyanlıdır ki, bu hətta uşaqda qızdırmanın qalxmasına səbəb ola bilər.

Alimlər sübut edib ki, yun orqanizmdən tərlə çıxan toksinləri zərərsizləşdirmək xüsusiyyətə malikdir.

– Yunun öz müsbət energetikası var. Yun bu energetikanı öz yiyəsinə bəxş edir.

– Yun malları müxtəlif xəstəliklər zamanı müalicəvi təsir edir. Haymorit, otit, limfadenit (limfatik düyünlərinin iltihabı) zamanı yün sarıqların istifadəsi çox yaxşı kömək edir. Xəstə nahiyəni yun şərflə sarımaq olar. Belə sarıqları axşam yatmazdan əvvəl edin.

– Təbii yundan hazırlanmış sviterlər, paltarlar və s. insanın sinir sisteminə də müsbət təsir edir, sakitləşdirir.

– Baş ağrıları zamanı başınızı yun şərflə sarıyın. Bu ağrının azalmasına kömək edəcək.

– Revmatizm, radikulit, artrıt, əzələlər, bel və onurğa sütunu ağrıları zamanı yun müalicəvi təsir edir. Yun yerli qan dövranını yaxşılaşdırır ki, bu da ağrısızlaşdıran və iltihabəleyhinə təsir edir. Xəstə oynaqları, bel nahiyəsini yun şərflə sarıyın.

Dəvə yunundan hazırlanmış xüsusi kəmərlər bel ağrısı zamanı çox geniş istifadə olunur.

– Yunun tərkibində olan spesifik maddə lanolin antiseptik və iltihabəleyhinə təsirə malikdir.

– Soyuqdəymə zamanı yatmazdan əvvəl isti ayaq vannasından sonra yun corab geyinin və belə yatın.

– Maraqlıdır ki, it yunu müalicəvi xüsusiyyətlərinə görə çox yüksək qiymətləndirilir. İt yunundan hazırlanmış mallar (sviter, şərf, corablar və s.) müxtəlif xəstəliklər zamanı (oynaqlar, böyrək xəstəlikləri və s.) çox yaxşı müalicəvi kömək edir.

Share: