Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç vida mesajı yazıb.
Qol.az xəbər verir ki, xorvatiyalı mütəxəssis özünü “Feysbuk” səhifəsi vasitəsilə yığmamızla sağollaşıb.Hazırda Zaqrebdə istirahət edən N.Yurçeviç yazıb:
“Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə liderlik etdim. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya… İndi yeni fürsətlər üçün səbirsizlənirəm”.
Qeyd edək ki, yığmamız Nikola Yurçeviçin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 8 matçda cəmi 1 xal toplayıb.