Turin “Yuventus”u ittihamların üzərindən götürülməsi müqabilində 2023/2024 mövsümündə Avropa kuboklarında iştirakdan imtina edəcək.
Məlumata görə, klub İdman Arbitraj Məhkəməsində (CAS) Konfrans Liqasından xaric edilməsinə etiraz etməyəcək, çünki bu halda Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Yuventus”a 2024/2025 mövsümü üçün gələcək Avropa yarışlarında iştirak etmək icazəsinə zəmanət verəcək.
Bildirilir ki, İtaliya komandasının rəhbərliyi bu qərarı məqbul hesab edib.