“Yuventus” bu futbolçunun tətilini uzatdı

Koronavirus pandemiyasına görə yaranmış fasilədən istifadə edərək vətəni Argentinaya gedən “Yuventus”un futbolçusu Qonzalo İquainin İtaliyaya dönüşü bir qədər də uzanacaq.

Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, Turin klubu hücumçuya daha beş gün tətil günü verib. Klub İquainin xərçəngdən əziyyət çəkən anasının yanında olması üçün bu addım atıb.

Qeyd edək ki, futbolçunun “Yuventus”dan ayrılacağı haqda xəbərlər də yayılmışdı. Komanda artıq mayın 5-dən məşqlərə başlayıb.

Share: