“Yuventus” futbolçusu Paulo Dibalının müqaviləsinin müddətini uzatmaq üçün danışıqlara başlayıb.
Qol.az “Tuttospor”a istinadən xəbər verir ki, 26 yaşlı argentinalıya 2025-ci ilin yayına qədər olan dövrü əhatə edən yeni müqavilə təklif edilib. Futbolçu özü ilinə 10 milyon avro istəyir.
Qeyd edək ki, Dibalanın hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.
Hazırkı mövsümdə Dibala bütün turnirlərdə ümumən 11 qol vurub, 10 qolun isə ötürməsini edib.