Zəfər Günü milli inqilab səviyyəsində bir hadisədir

Bu gün 8 Noyabr Zəfər Günüdür. Hər bir azərbaycanlı bu tarixi böyük fərəh və sevinc hissi ilə qeyd edir.

Zəfər Günü Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin qürürla xatırladığı şanlı tarixdir.

Modern.az-ın əməkdaşı müxalifət partiyalarının Zəfər Günü təəssüratlarını öyrənib.


Müsavat Partiyasının başqanı Arif Hacılı vurğulayıb ki, 8 Noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir:


“Bu tarixdə Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhəri müharibənin kulminasiya nöqtəsinə çevrilib. Bundan başqa, daha 7 rayon işğaldan azad edilib. Azərbaycan xalqı dünya durduqca, 8 noyabr Zəfər Gününü fəxr hissi ilə qeyd edəcək”.


A.Hacılı o taylı – bu taylı bütün azərbaycanlıları bu möhtəşəm bayram münasibətilə təbrik edib.


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, Zəfər Günü milli inqilab səviyyəsində bir hadisədir:


“Bu gün həqiqətən tariximizin ən şərəfli tarixlərindən biridir. Bu Zəfər şəhidlərimizin və qazilərimizin rəşadəti hesabına əldə olunub. İnşallah, üçrəngli bayrağımızın Xankəndidə dalğalanacağı günü də görəcəyik. Bir daha xalqımızı bu vüqarlı gün münasibətilə təbrik edirəm”.

Mənbə

Share: