Vətən müharibəsində qazandığımız Zəfərlə bağlı yeni filmlərin çəkilməsinə bu ilin dövlət büdcəsində maliyyə ayrılıb.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
“Cari ildə olduğu kimi, gələn ilin büdcəsindən də müvafiq olaraq filmlər üçün aiddiyatı qurumlara maliyyə ayrılır. İndi onların necə yerinə yetirilməsinə diqqət yetirmək lazımdır”, – nazir bildirib.