Türkiyənin Qaziantep vilayətinin Nurdağı bölgəsinin sakini 24 yaşlı Osman Enes Baştürk fevralın 6-da baş verən zəlzələlərin qurbanlarından biridir.
Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onun anadan olması da zəlzələyə təsadüf edib.
Belə ki, Osman 17 avqust 1999-cu ildə Türkiyədə baş verən zəlzələ zamanı Qaziantepdə anadan olub.
24 illik həyatı zəlzələ ilə başlayan Osman Enes fevralın 6-da baş verən zəlzələ zamanı üzərinə düşən divarın altında qalan qardaşını qorumaq istəyərkən həlak olub.
Atası Mehmet Baştürk Osmanın həlak olduğu evə cəmi 3 gün əvvəl köçdüklərini bildirib.
Akif İsmayılov