Zəlzələ ilə bağlı işlərə PUA-lar da cəlb olundu

 

Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir.

Milletinsesi.az “TRT Haber”ə istinadən xəbər verir ki, tədbirlər zamanı Türkiyə Silahlı Qüvvələrinin potensialından da geniş istifadə olunur.

Məlumata görə, artıq PUA-lar da proseslərə cəlb olunub. Bildirilib ki, işlərin koordinasiyası, dəyən zərərin təsbit olunması və axtarış-xilasetmə tədbirlərinin effektivliyinin artırılması məqsədilə dronlar da zəlzələnin fəsadlarının aradan qaldırılması əməliyyatlarında aktiv şəkildə iştirak edir.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1014 nəfər, yaralıların sayı isə 7003 nəfər təşkil edir.

Mənbə

Share: