Zəlzələ Malatyada aeroport və qan bankını dağıtdı

 

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində böyük dağıntılar meydana gəlib.

Milletinsesi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərdə yerləşən “Kızılay”a məxsus qan bankı dağılıb.

Həmçinin Malatya hava limanının dağıntılara məruz qalması ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb. Bundan sonra isə Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 ballarında zəlzələ olub.

Mənbə

Share: