Zəlzələ Malatyanı dəhşətli vəziyyətə salıb

Zəlzələ Malatyanı pis vəziyyətə salıb.
 

Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Jurnalistlər Şurasının Malatya nümayəndəsi Duran Özkan deyib.

“Zəlzələ nəticəsində 140-150 arası tikili zərər görüb. Rəsmi olmayan məlumatlara görə 30 nəfər ölüb. Ölü sayı  davamlı olaraq artır. Qar dayanmadan yağır. Hazırda mən şəhər mərkəzindəyəm. Dağıntının yanından indicə ayrıldım. Orada bir cəsəd vardı. İki nəfər yardım üçün qışqırırdı. Onları xilas etməyə çalışırdılar. Malatyanın simvolu olan “Yeni cami” tamamilə sıradan çıxıb. Valilikdən rəsmi məlumat verilmədiyi üçün dəqiq rəqəm səsləndirmək mümkün deyil. Bir sözlə, Malatyada vəziyyət kritikdir”, – D.Özkan deyib.
 

Xatırladaq ki, fevralın 6-da gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Qaziantep, Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 


 

Mənbə

Share: