Zəlzələ sığortaçılara 2,4 milyard dollara başa gələ bilər

Zəlzələ sığortaçılara 2,4 milyard dollara başa gələ bilər

Türkiyədə baş verən zəlzələlər sığortaçılara 2,4 milyard dollara başa gələ bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Karen Clark & ​​Company” adlı fəlakət modelləşdirmə şirkəti məlumat yayıb.

 

Şirkətin hesabatında qeyd olunub ki, zəlzələlərin vurduğu ümumi maddi ziyanın təxminən 20 milyard dollar ola bilər. Hesabat müəlliflərinin məlumatına görə, zəlzələ nəticəsində 41.000-dən çox binanı dağıdıb və ya ciddi şəkildə zədələyib.

 

Bildirilir ki, təbii fəlakət 1939-cu ildə Ərzincan zəlzələsindən sonra Türkiyədə baş vermiş ən böyük miqyaslı hadisədir.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib. 

 

Akif İsmayılov

Mənbə

Share: