“Zəngəzur dəhlizi açılasa, İran türk dünyasının ortasında qalacaq”.
Bunu iranlı politoloq Puya Hüseyni deyib.
“Zəngəzur dəhlizi reallaşsa, İran bundan zərər görəcək. İran Avropa və Ermənistandan keçən Rusiya yolunu itirəcək, türk dünyasının əhatəsində qalacaq. Ona görə də İran bunu istəmir”, – politoloq vurğulayıb.
Hüseyni Azərbaycanın bu və digər məsələlərdə Türkiyə, İsrail və Böyük Britaniya, eləcə də adlarını çəkmədiyi digər supergüclər tərəfindən dəstəkləndiyini söyləyib.
“Azərbaycan təkbaşına hərəkət etmir. Azərbaycan onun arxasında duran supergüclərlə əməkdaşlıq edir”, – ekspert bildirib.
Pura Hüseyni çıxışında (Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində) Tehrandakı rejimin Azərbaycan əleyhinə hədyanlarına da yer verib. /Teleqraf.com/