
İraqda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iranlı zəvvarları daşıyan avtobus Samərra yolunda yanacaq daşıyan yük maşını ilə toqquşub.
Hadisə nəticəsində azı 2 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib.