Zabiti 12 min üçün banka gedən Müdafiə Nazirliyi səfirə 150 min “otkat” verir !!! – SƏS YAZISI

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Anar Gülverdi oğlu Novruzovun “Kapital Bank”a 12 min manat kredit borcu olması gündəm mövzusuna çevrilib. Şəhidlik zirvəsinə çatandan sonra “Kapitalbank” həmin kredit borcunun ödənməyən hissəsini sildiyini açıqlayıb. Şəhid Masallının Ərkivan kəndində torpağa tapşırılıb.

https://youtu.be/_fWGDOcZKLc?t=25

Bu faktı yenidən xatırlamağımız əbəs deyil. Məsələ burasındadır ki, hazırda Ukraynada səfir olan Elmira Axundova 10 il Masallının deputatı olub. Bu 10 il ərzində Elmira Axundovanın adı keçən cinayət işlərində onun Azərbaycanın Müdafiə Nazirliyindən ildə 150 min manat pul alması məsələsi var. Təsəvvür edin, Müdafiə Nazirliyinin mayoru 12 min manat üçün banka müraciət edir, kredit alır. Onun rayonundan deputat olan şəxs isə zabitin tabe olduğu nazirlikdən ildə bu məbləğin 15 mislini “otkat” kimi qəbul edir. Özü də Elmira Axundova bunu açıq şəkildə deməkdən də çəkinmir. Ortada səs yazısı var. Onun adı keçən dələduzluq işində ittiham aktına əlavə olunan səs yazısı Elmira Axundovanın həbsi üçün əsas ola bilər. Əlbəttə ki, bu məsələ də digər məsələlər kimi araşdırılmalıdır. Elmira Axudnovanın 1 milyon qarşılığında səfir göndərilməsi məsələsi də bu günə qədər açıq olaraq qalır. Belə reputasiyalı birinin Azərbaycanın təmsilçisi olması özü də bir rüsvayçılıqdır. Azərbaycanın hüquq-mühafizə orqanları nəhayət ki, bu məsələləri araşdırmalıdır. Elmira Axundovanın özünün etiraf etdiyi səs yazısını da təqdim edirik. (Siam.az)

Share: