Zabux erməniləri İrəvana qarşı silaha sarılır – Hafiz Hacıyevlə “Canlı debat”

Milletinsesi.az Müsavat.az-a istinadən xəbər verir ki, Laçının Zabux kəndinin camaatı evlərini tərk etməyəcək, lazım gəlsə Ermənistana qarşı özünümüdafiə taktikasını da keçəcəklər.
Bu fikirləri Zabux kənd icmasının “rəhbəri” Gevorq Çauşyan bildirib.

“Biz Nikol Paşinyanın sərsəm fikirlərindən, danışıqlarından bezmişik. İndi o, bizə evlərin tikiləcəyini və bizim bu kənddən köçürüləcəyimizi bəyan edib. Biz isə bir nəfər kimi buna narazıyıq. Biz burada qalacayıq. İrəvan üstümüzə polis, hərbiçi göndərsə, kənd camaatı özünümüdafiə taktikasını keçəcək. Biz Ermənistanın nəzarəti altında gələcəyimizi görmürük. Biz Paşinyana təslim olmayacayıq”, – deyə o bildirib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə biləcəksiz. Qonağımız Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olacaq və onunla bəzi məqamlara aydınlıq gətirəcək.

Share: