Zahidliyin neçə dərəcəsi var?

Zahidlik – behiştin açarı, cəhənnəmdən bəraət və insanı Allahdan qafil edən hər şeydən uzaq olmaqdır. Bu, dünyanı əldən verməmək üçün təəssüflənməməkdir.

İmam Əli (ə) buyurur ki, zahidlik Quranda iki kəlmə ilə izah edilmişdir. Sübhan Allah buyurur ki, əlinizdən gedənlərə görə qəm yeməyin. O şey ki, sizə verilər – ona görə şad olmayın.

Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, zahidliyin 3 dərəcəsi vardır:

1. Allahdan qorxanların dərəcəsi. İnsan atəşdən nicat tapmaq üçün dünyadan üz çevirər.

2. Ümidvarların dərəcəsi. Allahın savabına və behişt nemətlərinə çatmaq ümüdi ilə dünyadan üz çevirmək.

3. Ariflərin dərəcəsi. Bu dərəcədə olanlar nə ağrı və acılara diqqət edərlər, nə də ləzzətlərə diqqət edərlər. Onların tək hədəfi – Allahla görüşməkdir. Bu cür zahidlik ancaq ariflərə aiddir.

Dünya dedikdə ancaq yemək, içmək, geyim və sair nəzərdə tutulmur. Çünki insanın bu cür şeylərdən uzaq olaraq zahid olması – asan bir iş olardı. Əslində dünya – vəzifə və məqamları, bütün nəfsani ləzzətləri əhatə edir.

Həqiqi zahid o kəsdir ki, mala və vəzifəyə bel bağlamaz. Zahid – o kəsdir ki, insanlar yanında yoxsul və ya zəngin olması, izzət və zillət onun üçün eynidir.

Tək hədəfi – Allah razılığını əldə etmək olar.

Share: