Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi Qış təlimi-2021 adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlər zamanı F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endirib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimləri izləyirlər.