
Zambiyanın cənubunda avtobusla yük maşınının toqquşması nəticəsində ən azı 24 nəfər ölüb.
Bu barədə polis sözçüsü Denni Mvale bildirib.
“Ölənlərlə yanaşı, 12 nəfər də yaralanıb”, – Mvale qeyd edib.
Avtobusda kilsəyə ibadət etməyə gedən ziyarətçilər olub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


