
Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.
Bu barədə Millətin Səsi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın kəşfiyyatı zamanı ev sahibəsinin qızı 1972-ci il təvəllüdlü Arzu İbrahim qızı Ömərovanın yanmış meyiti aşkar edilib.