Zaxarova: ABŞ-ın Kiyevi silahlandırması…

Zaxarova: ABŞ-ın Kiyevi silahlandırması…

ABŞ-ın Kiyev rejiminə silah tədarükünü bərpa etmək addımı münaqişənin diplomatik yolla həllinə kömək etməyəcək.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiya  Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində deyib. O bildirib:

“Vaşinqton əvvəllər silah tədarükünü dayandırmaq qərarını bəyan etsə də, ABŞ rəsmiləri Ukraynaya silah tədarükünün bərpası barədə növbəti dəfə bəyanatlar veriblər. Bu cür addımların nəticələri hələ qiymətləndirilməyib. Dəqiq demək olar ki, Kiyev rejiminin davamlı olaraq silahla tənin edilməsi münaqişənin, yumşaq desək, sülh yolu ilə həllini asanlaşdırmır, halbuki beynəlxalq ictimaiyyət, o cümlədən Qərb bunu tələb edir”.

Share: