
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Annalena Berbokun Ukraynaya səfərini şərh edib.
Modern.az TASS-a istinadən xəbər verir ki, sözçü səfərin görüntü naminə edildiyi iddiası ilə çıxış edib.
“Berbokun Xarkov və Kiyevə səfəri görüntü xatirinə edilib və heç bir şeyə təsir etməyəcək. Bu, yalnız kamera üçün olan işdir”, – deyə Zaxarova söyləyib.
XİN rəsmisinin sözlərinə görə, Berbok nə səfər etdiyi ölkənin, nə də Xarkovun tarixini bilir.
“Ona hansı dağıdılmış binaların göstərildiyindən xəbəri yoxdur. Harada olması Berboku qətiyyən maraqlanmır”, – deyə sözçü əlavə edib.
Qeyd edək ki, A.Berbok Ukraynanın Kiyev və Xarkov şəhərlərinə səfəri çərçivəsində müharibə nəticəsində dağıdılmış binalarla tanış olmuşdu.