Vaşinqton yanvarın 23-24-də BƏƏ-də ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında texniki səviyyədə üçtərəfli görüş keçirməyi planlaşdırır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Sabah və o biri gün BƏƏ-də ilk üçtərəfli görüş olacaq. Ümid edirəm ki, BƏƏ bundan xəbərdardır. Amerika tərəfdən sürprizlərimiz oldu. Amma hər halda onlar ora gedəcəklər. Məncə, texniki səviyyədə belə üçtərəfli görüşün olması yaxşıdır”, – deyə Zelenski əlavə edib.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirmişdi ki, Ukraynadakı nizamlanma üzrə işçi qruplar yaxın günlərdə Əbu-Dabidə görüşəcək


