Zelenski: “Biz ərazimizlə alver etmirik ”

Ukrayna üçün Rusiya ilə müharibədə yalnız qələbə məqbuldur. Kiyev sülh naminə işğalçıya ərazi güzəştinə getməyəcək.

Millətin Səsi .az xəbər verir ki, bunu Amerikanın “FoxNews” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Həqiqətin qələbəsi Ukraynanın və ukraynalıların qələbəsidir. Məsələ müharibənin nə vaxt bitəcəyidir. Bu, dərin sual və ağrılı məsələdir. Ukrayna xalqı Qələbədən başqa heç bir nəticəni qəbul etməyəcək”, – deyə prezident  bildirib.

Sülh sazişinin imzalanması naminə Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski deyib:

“Biz ərazimizlə alver etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur”.

O, dünyanın aparıcı dövlətlərindən Ukraynanın təhlükəsizliyi ilə bağlı öhdəliklər gözlədiyini vurğulayıb, həmçinin Ukraynanın NATO-nu daha da gücləndirməyə qadir olduğuna əmin olduğunu bildirib.

“Biz zəif dövlət deyilik. Bizi NATO hesabına gücləndirməyi təklif etmirik… Əksinə, biz lokomotivik. Hesab edirəm ki, biz Avropa qitəsinin mühüm tərkib hissələrindənik.

Xezerxeber

Share: