Zelenski Brüsseldə nələri müzakirə edəcək?

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Belçikanın paytaxtı Brüssel şəhərində bir sıra görüşlər keçirəcək.

 

Modern.az “RBK Ukraine”a istinadən xəbər verir ki, Zelenskinin Avropa Parlementində çıxışı və Avropa İttifaqı sammitində iştirakı və sammit üzvlərinə müraciəti gözlənilir.

 

Müxtəlif yüksək səviyyəli görüşlərdə Zelenskinin avropalı tərəfdaşları ilə gündəliyində iki əsas mövzunun müzakirəyə açılacağı məlumdur. Belə ki, Zelenski Ukraynaya hərbi yardımların artırılması, habelə Rusiyaya qarşı sanksiyaların tətbiqinin genişləndirilməsi barədə məsələ qaldıracaq.

 

Tanklar, artilleriya sistemləri, qırıcı döyüş təyyarələri və uzaqmənzilli raketlərin tədarükü Ukrayna prezidentinin prioritet mövzusunu təşkil edəcək. Rusiyaya sanksiyalar məsələsində isə xüsusən, “Rosatom” dövlət şirkətinə qarşı güclü sanksiyaların qoyulması aktual məsələ kimi gündəmə daşınacaq.

 

Qeyd edək ki, Zelenski bundan əvvəl Böyük Britaniya və Fransa paytaxtlarında olmuş, bir sıra yüksək səviyyəli görüşlər keçirmişdi.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: