Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin cənub-şərqindəki Dnepr şəhərinə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalına bildirib.
Hərbi komandirlər və hökumət rəsmiləri ilə görüşdə cəbhədəki vəziyyəti, hücum və müdafiə əməliyyatlarının gedişi müzakirə olunub.
Zelenski ali baş komandan Valeri Zalujnı, komandirlər Oleksandr Tarnavski və Aleksandr Sırskinin, eləcə də Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun məruzələrini dinləyib. “Həmişə olduğu kimi, biz qoşunlarımızın döyüş sursatı ilə təchizatına ciddi diqqət yetiririk”, – o qeyd edib.