Zelenski hərbi rəhbərliyi Lvovda topladı: “Hazır olmalıyıq”

Zelenski hərbi rəhbərliyi Lvovda topladı: “Hazır olmalıyıq”

Ukrayna prezidenti Volodimir Zelenski Lvov şəhərində hərbi rəhbərliyin koordinasiya iclasını keçirib.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.

 

“Lvovda koordinasiya iclası keçirdik. Əsas məsələ Ukraynanın şimal-qərb regionlarında təhlükəsizliklə bağlı situasiya oldu. Biz dövlət sərhədlərinin qorunmasını, Belarusla sərhədlərdəki əməliyyat şəraitini müzakirə etdik. Biz başa düşürük ki, orada güclü bəyanatlardan başqa güclü heç nə yoxdur. Amma hər ehtimala qarşı biz həm sərhədlərdə, həm də bölgələrdə hazır olmalıyıq”, – deyə Ukrayna prezidenti yazıb.

 

***

15:26

 

Ukrayna prezidenti Volodimir Zelenski Lvov şəhərinə səfər edib.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında özü məlumat verib.

 

“Mənim Lvova səfərim ən vacib şey – Ukrayna döyüşçülərinin xatirəsini yad etməklə başladı. Bizim azadlığımız və dövlətimizin müstəqilliyi üçün həyatını verən hamıya eşq olsun! Yaşasın, Ukrayna!”, – deyə Ukrayna prezidenti yazıb.

 

 

Mənbə

Share: