Zelenski ilə Tramp bu gün görüşəcək

Zelenski ilə Tramp bu gün görüşəcək

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü bu gün Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 23:00-da isə Tramp və Avropa liderlərinin çoxtərəfli görüşünün başlanması planlaşdırılır.

Share: