![](https://milletinsesi.az/wp-content/uploads/2019/06/zelenskiy_new_2019.jpg)
Ukrayna Prezident Vladimir Zelenski ilk xarici rəsmi səfərini Belçikaya edir.
Milletinsesi.az xəbər verir ki, V.Zelenski iyunun 4-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə ilk rəsmi görüşünü keçirəcək.
Görüş NATO-nun Baş Qərargahında baş tutacaq. Görüşdə NATO Ukrayna münasibətlərinin gələcək perspektivləri müzakirə olunacaq.
Zelenski səfər çərçivəsində, həmçinin Ukrayna-NATO komissiyasında görüş keçirəcək.