Zelenski: “Işğalçılar 500 min ukraynalını Rusiyaya apardı”

Rusiya qüvvələrinin ələ keçirdiyi torpaqlardan 500 minə yaxın ukraynalı Rusiyaya aparılib.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski videokonfrans vasitəsilə Portuqaliya Parlamentinə müraciət edən zaman deyib.

O bildirib: “Rusiya işğalçıları artıq ən azı 500 min vətəndaşımızı işğal olunmuş ərazilərdən çıxarıb (Rusiyaya). Bu deportasiyadır, keçmişin ən dəhşətli totalitar rejimlərinin etdikləri budur. .”

Deportasiya edilən ukraynalıların sənədlərinin müsadirə edildiyini və onların ünsiyyətdən məhrum edildiyini bildirən Zelenski, “Vətəndaşlarımız Rusiyanın ucqar bölgələrinə səpələnir”,- deyib.

Share: