Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Zelenski özünün “Twitter” hesabında yazıb.
O qeyd edib ki, telefon danışığı 1 saat davam edib. Liderlər Ukrayna və Fransa arasında müdafiə sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.
“Cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim. Biz Sülh Formulasının həyata keçirilməsi üçün addımlar, qarşıdan gələn beynəlxalq tədbirlərdə koordinasiyalı işləmək barədə də danışdıq”, – Zelenski deyib.