Zelenski Medvedçuku və daha üç siyasətçini vətəndaşlıqdan məhrum etdi…

Zelenski Medvedçuku və daha üç siyasətçini vətəndaşlıqdan məhrum etdi…

“Əgər xalqın elçiləri Ukrayna xalqına deyil, Ukraynaya soxulan qatillərə xidmət etməyi seçirsə, biz də buna uyğun hərəkət edəcəyik…”

 

“Hər üç eks-parlamentarilər antiUkrayna təbliğatına və Ukraynanın zərərinə Qərb mətbuatında materiaılların dərcinə yardım edib…”

 

Ukrayna hakimiyyəti dörd müxalif siyasətçi, Ali Radanın sabiq deputatları Viktor Medvedçuk, Taras Kozak, Andrey Derkaç və Renat Kuzmini vətəndaşlıqdan məhrum etmək qərarına gəlib. Ölkənin xüsusi xidmət orqanları onları dövlətə xəyanətdə ittiham edir.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün axşam videomüraciətində bəyan edib. Məlumatı “Qazeta.ru” nəşri yayıb.

 

“Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan materiallar əsasında, dövlətimizin Konstitusiyasına uyğun olaraq, mən dörd nəfərin vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul etmişəm. Əgər xalqın elçiləri Ukrayna xalqına deyil, Ukraynaya soxulan qatillərə xidmət etməyi seçirsə, biz də buna uyğun hərəkət edəcəyik”, – Zelenski deyib.

 

“Ukrainskaya pravda” nəşrinin məlumatına görə, adıçəkilən şəxslərin xalq deputatı mandatları əllərindən alınacaq.

 

Vətəndaşlıqdan məhrum olan siyasətçilər kimlərdir?

 

Viktor Medvedçuk siyasətçi, Rusiya prezidenti Vladimir Putinin kirvəsidir. O, dövlətə xəyanətdə və “DXR” və “LXR” separatçı təşkilatlara himayə edilməsində şübhəli bilinir. İstintaqın məlumatlarına görə, xalq deputatının Donbasdan kömür tədarükü və yaraqlıların maliyyələşməsinın qanunsuz sxemində əli ola bilərdi.

 

Bir neçə ay ərzində Medvedçuk ev dustaqlığında olub. Rusiya qoşunlarının Ukraynaya hərbi müdaxiləsindən sonra o, həbsdən yayınıb. Ukrayna Təhlükəzlik Xidməti onu yalnız aprelin 12-də saxlayıb. Beş aylıq həbsdən sonra o, Mariupolun “Azovstal”-ın 200 müdafiəçiləri ilə mübadilə edilib.

 

Taras Kozak siyasətçi, “Həyat uğrunda Müxalif Platforma” partiyasından xalq deputatıdır. Dövlətə xəyanətdə, müharibənin aparılması qaydalarının pozulmasında və Ukraynanın Krımında milli resursların qarət edilməsinə qəsddə şübhəli bilinir.

 

2 fevral 2022-ci ildə Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Kozaka qarşı sanksiyalar haqqında qərarını təsdiq edib. Məhdudiyyətlər həmçinin onun “NewsOne”, “Zik” və “112” telekanallarına sahib olan şirkətlərinə qarşı da tətbiq edilib. Kozaka qarşı sanksiyalar Rusiyanın işğal etdiyi Donbasdan kömür tədarükü səbəbindən tətbiq edilib.

 

2020-ci ildə Medvedçuk Kozak vasitəsilə Rusiyaya Ukrayna Silahlı Qüvvələrinin gizli bölməsinin yerdəyişməsi barədə məlumat ötürüb.

 

Andrey Derkaç Ali Radanın Regionlar Partiyasından olan sabiq deputatıdır, Ukrayna hakimiyyəti tərəfindən  dövlətə xəyanətdə və qanunsuz zənginləşməkdə ittiham edilir.

 

Ötən il Ukrayna Təhlükəsizıik Xidməti Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin Derkaçın da daxil olduğu agentura şəbəkəsini ifşa edib. İstintaqın məlumatına görə, o, müxtəlif sahələrdə bir sıra özəl mühafizə müəssisələrinin

Ukraynanın tez bir zamanda zəbt edilməsində istifadə etmək üçün yaradılmasına kuratorluq edib.

 

Renat Kuzmin “Həyat uğrunda Müxalif Platforma” partiyasına daxil olub, Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin və Baş Prokurorunun müavini, ölkə prezidentinə namizəd olub. Ona qarşı 2022-ci ilin oktyabrında dövlətə xəyanətdə ittihamlar irəli sürülüb.

 

Xüsusi xidmət orqanıarının versiyasına görə, hər üç eks-parlamentarilər, “antiUkrayna təbliğatına”, o cümlədən Qərb KİV-də Ukraynanın zərərinə materialların dərcinə yardım edib.

Mənbə

Share: